Cənubi Afrika Respublikasının Prezident Administrasiyasının dövlət naziri Kumbudzo Ntşaveni ölkənin 2036 və ya 2040-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etmək niyyətində olduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, növbəti Yay Olimpiya Oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.
“France24”ün məlumatına görə, Ntşaveni deyib: "Cənubi Afrika hökuməti 2036 və ya 2040-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün rəsmi müraciət etmək qərarına gəlib. Turnirə ev sahibliyi edə biləcəyimizə əminik".
Həmçinin qeyd edilib ki, 2010-cu il FIFA Dünya Kubokuna ev sahibliyi edən Cənubi Afrika infrastrukturunu təkmilləşdirmək üçün əhəmiyyətli investisiya tələb etməyəcək.
Afrika ölkələri heç vaxt Olimpiya Oyunlarına ev sahibliyi etməyiblər.
Bakı 



