• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Ryazanda partlayışa görə matəm elan edilib - YENİLƏNİB

DÜNYA

16 Avqust 2025 | 12:33

Ryazanda partlayışa görə matəm elan edilib - YENİLƏNİB

Rusiyanın Ryazan vilayətinin Şilov rayonundakı müəssisənin barıt sexində baş verən və 11 nəfərin həyatına son qoyan hadisə ilə əlaqədar 18 avqust matəm günü elan edilib.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regionun başçısı Pavel Malkov bildirib.

Onun sözlərinə görə, regionun bütün ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək, mədəniyyət müəssisələri, teleradio şirkətləri və təşkilatlara əyləncəli tədbirləri ləğv etmək tövsiyə olunub.

***

10:07

Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda yerləşən "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.

"Dünən axşam və ötən gecə dağıntılar altından üç nəfər xilas edilib. Ölənlərin sayı 11 nəfərə çatıb", - məlumatda deyilir.

Hadisə nəticəsində 130 nəfər xəsarət alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib.

Hazırda partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Barıt sexində partlayışdan sonra yanğın baş verib. İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Müəssisənin yerləşdiyi Şilov rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.


SON XƏBƏRLƏR

15 Avqust 2025