Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında növbəti görüşünün tarixi hələ bilinmir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıb.
O, həmçinin Putin-Tramp-Zelenski görüşü barədə də fikir bildirib.
"Putin, Tramp və Zelenski arasında üçtərəfli sammitin keçirilməsi mövzusu hələ gündəmə gətirilməyib" - Uşakov deyib.
Xatırladaq ki, dünən Ukrayna müharibəsindən sonra ilk dəfə ABŞ və Rusiya liderləri görüşüblər. ABŞ-nin Alyaska ştatının Ankoriç şəhərində keçirilən və 3 saat çəkən görüş barədə Putin "Danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", deyə bəhs edib.