ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa ölkələrinin liderləri ilə telefon danışığı zamanı onlara Rusiya Prezidenti Vladimir Putinin Ukrayna nizamlanması ilə bağlı mövqeyini çatdırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunub ki, Tramp Rusiya tərəfinin atəşkəsdə deyil, müharibəni bitirmək üçün hərtərəfli sazişdə maraqlı olduğunu bildirib.
***
10:56
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb.
Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.