• Bakı 21° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

ABŞ-nin zərbələri nəticəsində İranın ancaq bir nüvə obyektinə ciddi ziyan dəyib

DÜNYA

17 Iyul 2025 | 13:40

ABŞ-nin zərbələri nəticəsində İranın ancaq bir nüvə obyektinə ciddi ziyan dəyib

ABŞ-nin ötən ay İranın nüvə obyektlərinə endirdiyi zərbələr sadəcə onlardan birini əhəmiyyətli dərəcədə dağıdıb, digər iki nüvə obyektinə dəyən ziyanın həcmi azdır və bu obyektlərdə uranın zənginləşdirilməsi prosesi bir neçə ay ərzində davam etdirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, məlumatlı mənbələr “NBC News” kanalına bildirib.

    Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı İranın nüvə obyektlərini tamamilə məhv etmək üçün həftələrlə vaxt aparan plan hazırlayıb, lakin Prezident Tramp buna razı olmayıb.

    Buna səbəb Trampın ölkəsini yeni müharibələr bataqlığına sürükləmək istəməməsi olub.

    Digər bir səbəb isə həftələr boyu davam edən hərbi əməliyyatın İran qədər Amerikaya da ziyan vuracağı ehtimalı olub.

     


    SON XƏBƏRLƏR