• Bakı 23° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

İsrailli nazir BMT Baş katibini tənqid edib

DÜNYA

17 Iyul 2025 | 14:23

İsrailli nazir BMT Baş katibini tənqid edib

İsrailin Enerji və İnfrastuktur naziri Eli Kohen BMT Baş katibi Antonio Quterreşi tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, Quterreş İsrailin Suriyaya hücumlarını qınadıqdan sonra, Eli Kohen buna sosial şəbəkə hesabında reaksiya verib.

    “HAMAS terrorçuları üçün narahat olan ikiüzlü Quterreş, Suriyada silahlıların druz ictimaiyyətinə qarşı qətliam törətməsinə icazə verir. Sizin uğursuz təşkilatınız terrora dəstək verərkən, druz qardaşlarımızın Suriyada qətlə yetirilməsinə laqeyd qalmayacağıq”- Eli Kohen X hesabındakı paylaşımında qeyd edib.

    Xatırladaq ki, Suriyanın Suveyda bölgəsində druzlarla hökumət qüvvələri arasındakı silahlı münaqişə atəşkəslə başa çatıb və hökumət qüvvələri bölgəni tərk edib.


    SON XƏBƏRLƏR