Avropa İttifaqı bizi viza rejiminin ləğvi ilə hədələyir. Lakin gürcü xalqı üçün əsas viza məsələsi deyil. Əgər gürcü xalqının qarşısında sülh və sabitlik və ya viza rejiminin liberallaşdırılması arasında seçim olarsa, biz sülh və sabitliyə üstünlük verəcəyik.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh və sabitlik gürcü xalqının seçimidir. “Viza rejiminin liberallaşdırılması o deməkdir ki, Gürcüstan vətəndaşının Avropaya getməsi üçün viza lazımdır. Sülh, sabitlik, ailə dəyərləri ekzistensial məsələlərdir. Avropaya viza ilə, yaxud vizasız səyahət etməyiniz ekzistensial məsələ deyil”, – deyə Baş nazir vurğulayıb.