Olqa Stefanişina Ukrayna Prezidentinin ABŞ ilə əməkdaşlığın inkişafı məsələləri üzrə xüsusi səlahiyyətli nümayəndəsi təyin edilib.
Bakıvaxtı.az-ın UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Qeyd edək ki, daha əvvəl O.Stefanişina baş nazirin avrointeqrasiya məsələləri üzrə müavini və ədliyyə naziri olub.