• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyada üç ardıcıl zəlzələ oldu

DÜNYA

16 Avqust 2025 | 14:39 | Müəllif: Gülşən Şərif

Rusiyada üç ardıcıl zəlzələ oldu

Rusiya Federasiyasının Kamçatka bölgəsində güclü zəlzələ qeydə alınıb.Hadisə Petropavlovsk-Kamçatsk şəhərindən təxminən 252 kilometr məsafədə baş verib və maqnitudası 5.1 bal olaraq ölçülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, bu zəlzələdən bir neçə dəqiqə öncə, şəhərdən 123 kilometr aralıda 5 ballıq digər bir zəlzələ baş tutub. Bu hadisənin episentri 35.7 kilometr dərinlikdə yerləşib.

Bundan əvvəl isə Petropavlovsk-Kamçatskdan 227 kilometr məsafədə 4.8 bal gücündə zəlzələ qeydə alınmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR