• Bakı 20° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Ərdoğan Qətərə yola düşüb

DÜNYA

15 Sentyabr 2025 | 13:20

Ərdoğan Qətərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə yola düşüb.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğanı hava limanından vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davut Gül, AK Partiya İstanbul vilayət təşkilatının sədri Abdullah Özdemir və digər rəsmi şəxslər yola salıblar.

Türkiyə Prezidentini həyat yoldaşı Əminə Ərdoğan, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, həmçinin AK Partiya sədrinin müavini Halit Yerebakan müşayiət edirlər.

Ərdoğan səfər çərçivəsində Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək.


SON XƏBƏRLƏR

14 Sentyabr 2025