• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukrayna Krımda neft terminalına zərbə endirib

DÜNYA

15 Oktyabr 2025 | 12:22

Ukrayna Krımda neft terminalına zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğal olunan Krımda neft terminalına zərbəni təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Oktyabrın 13-nə keçən gecə müvəqqəti olaraq işğal edilmiş Feodosiyada "Dəniz neft terminalı" müəssisəsinə təkrar zərbə endirildiyi təsdiqlənib", - mətbuat xidməti bildirib.

Həmçinin Baş Qərargahdan bildirilib ki, neft terminalına zərbə nəticəsində 16 çən zədələnib. Müəssisənin ərazisində böyük yanğın baş verib.

Bundan əlavə, daha bir neçə hədəf Xerson vilayətinin işğal olunmuş ərazisində dronların idarəetmə məntəqəsi və Donetsk vilayətinin Makeyevka rayonunda sursat anbarı vurulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026