Böyük Britaniya və Kanada Avropa İttifaqının ( Aİ ) Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı maliyyələşdirmək üçün istifadə etmək planına qoşulacaq.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Qeyd olunur ki, Avropa ölkələri Rusiya aktivlərinin ələ keçirilməsi mexanizmində kompromis əldə etməyə yaxındır.
Bildirilib ki, Böyük Britaniya daha əvvəl Rusiyanın 33 milyard dollarlıq aktivlərini dondurub.
Nə qədər dondurulmuş aktivin Kanada yurisdiksiyasında ola biləcəyi dəqiqləşdirilməyib.
Mina Mikayılova