Pakistan-Əfqanıstan sərhədində ölən və yaralananlarla nəticələnən döyüşlər yenidən başlayıb.
Bakıvaxtı.az "Daily Pakistan" qəzetinə istinadən xəbər verir ki, ötən axşam Taliban və Fitnə əl-Xəvaric yaraqlılarının Pakistan sərhəd postlarına səbəbsiz atəş açmasından sonra münaqişə kəskinləşib.
Pakistan ordusu Kurram agentliyinin nəzarət-buraxılış məntəqələrinə hücuma cavab olaraq oktyabrın 15-də səhər saatlarında Əfqanıstan ərazisində terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirib.
Taliban hərəkatı öz növbəsində 12 nəfərin öldüyünü və 100-dən çox insanın yaralandığını bildirib.
Gülşən Şərif