• Bakı C

    11.21 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Novorosiyskdə fövqəladə vəziyyət rejimi tətbiq edilib

DÜNYA

14 Noyabr 2025 | 12:25

Novorosiyskdə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rusiyanın Novorosiysk şəhərində pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bakıvaxtı.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə şəhərin meri Andrey Kravçenko sosial şəbəkələrdə bildirib.

"Novorosiysk Ukrayna Silahlı Qüvvələri tərəfindən PUA-larla kütləvi hücuma məruz qalıb. Fövqəladə vəziyyət rejimi tətbiq edilib", - A.Kravçenko yazıb.

Onun sözlərinə görə, PUA hücumları nəticəsində "Çernomortransneft"in rezervuarı və körpüsünə ziyan dəyib: "Şəhərin infrastrukturuna ziyan dəyib. "Çernomortransneft"in rezervuarı və körpüsü, NUTEP konteyner terminalı zədələnib".


SON XƏBƏRLƏR

29 Dekabr 2025