• Bakı C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Amerikanın "Electron" raketi YATA-nın eksperimental peykini orbitə çıxarıb

DÜNYA

14 Dekabr 2025 | 10:08

Amerikanın Electron raketi YATA-nın eksperimental peykini orbitə çıxarıb

Amerika istehsalı olan "Electron" raketi bazar günü Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin (YATA) yeni texnologiyaların sınağı üçün nəzərdə tutulmuş "RAISE-4" adlı eksperimental peykini uğurla orbitə çıxarıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə raketin istehsalçısı olan "Rocket Lab" şirkəti açıqlama yayıb.

"Faydalı yükün orbitə çıxarılması təsdiqlənib", – deyə məlumatda qeyd olunub.

İki mərhələli "Electron" raketinin "Kick Stage Curie" sürətləndirici bloku ilə birlikdə "Raise and Shine" missiyası çərçivəsində buraxılışı Yeni Zelandiyanın Mahia yarımadasındakı "LC-1" start kompleksindən yerli vaxtla saat 16:09-da (Bakı vaxtı ilə 07:09-da) həyata keçirilib. Təxminən bir saat sonra peyk 540 km hündürlükdə nəzərdə tutulan orbitə çıxarılıb.

Qeyd olunub ki, "RAISE-4" aparatının bortunda Yaponiyanın özəl şirkətləri, universitetləri və elmi-tədqiqat institutları tərəfindən hazırlanmış 15 müxtəlif qurğu və avadanlıq nümunəsinin orbit sınaqları aparılacaq.


SON XƏBƏRLƏR

13 Dekabr 2025