• Bakı 20° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Avropa İttifaqı Rusiyadan qaz idxalını artırıb

DÜNYA

15 Sentyabr 2025 | 14:08

Avropa İttifaqı Rusiyadan qaz idxalını artırıb

Avropa İttifaqı (Aİ) 2025-ci ilin yanvar–iyul aylarında Rusiyadan təxminən 8,4 mlrd. avro dəyərində təbii qaz alıb ki, bu da illik müqayisədə 5,2% artım deməkdir.

Bu barədə Bakıvaxtı.az Avropa İttifaqının statistika idarəsinin (“Eurostat”) məlumatlarına istinadən xəbər verir.

    Məlumata əsasən, göstərilən məbləğin 3 mlrd avrodan çoxu boru kəməri ilə nəql olunan qazın, 5 mlrd. avrodan bir qədər artığı isə mayeləşdirilmiş təbii qazın (LNG) payına düşüb.

    Qeyd edək ki, “Türk axını” qaz kəməri hazırda Rusiya boru kəməri qazının Avropaya nəqli üçün yeganə aktiv marşrut olaraq qalır.


    SON XƏBƏRLƏR