Fələstin prezidenti Mahmud Abbas milli konstitusiyanın ilk layihəsinin hazırlanmasına göstəriş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun xüsusi nümayəndəsi Məhəmməd Ştayye bildirib.
Məlumata görə, prezident Fələstin konstitusiyasının ilk layihəsini tamamlamaq üçün üç ay vaxt verib.
"İndi biz Fələstin Muxtariyyətini Fələstin Dövlətinə çevirəcəyik",- Məhəmməd Ştayye deyib.
Mina Mikayılova