• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Xam ipəyin dünya bazar qiyməti sabit qalıb 

CƏMİYYƏT

18 Aprel 2025 | 16:10

Xam ipəyin dünya bazar qiyməti sabit qalıb 

2025-ci ilin mart ayında dünya bazarında xam ipəyin qiyməti əvvəlki aya nisbətən dəyişməyərək 66,8 min ABŞ dolları/ton səviyyəsində qalıb.

Bakıvaxtı.az bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair Qısa İcmal”ına istinadən xəbər verir. 

Son 1 il ərzində qiymətlərdə nisbi dalğalanma müşahidə olunsa da, ümumilikdə sabitlik tendensiyası davam edir. 2024-cü ilin martında 69,1 min dollar/ton səviyyəsində olan qiymət aprel və sentyabr aylarında enərək müvafiq olaraq 67,1 və 66,7 min dollar/ton olub. Bununla belə, noyabr ayında artım müşahidə olunaraq qiymət 66,9 min dollar/ton olmuş, 2025-ci ilin yanvarında isə bu göstərici 67,3 min dollar/tona qədər yüksəlib.

Uzunmüddətli trendlərə nəzər yetirdikdə, 2022-ci ildə 63,9 min dollar/ton olan orta qiymət 2024-cü ilin birinci rübündə 71,4 min dollar/tonla zirvəyə çatmış, daha sonra tədricən azalma müşahidə olunmuşdur. 2025-ci ilin birinci rübündə qiymət 67,0 min dollar/ton səviyyəsində qeydə alınıb.

Mütəxəssislər hesab edirlər ki, xam ipək bazarındakı bu nisbi sabitlik həm istehsal, həm də ticarət proseslərindəki balansın qorunması ilə izah oluna bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR