• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

CƏMİYYƏT

17 May 2025 | 20:23

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan Ordusunda psixoloqların peşə hazırlığının artırılması istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda xüsusi psixoloji təlim təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Təlim hərbi psixoloqların müxtəlif ekstremal şəraitlərdə daha effektiv fəaliyyət göstərə bilmələri üçün nəzərdə tutulub.

Tədbir proqramına Türkiyədən dəvət edilmiş psixoloqlar “Şəxsiyyət pozuntuları”, "Blackboard terapiya" mövzularında təqdimatlarla çıxış ediblər.

Mütəxəssislər tərəfindən iştirakçılara fərdlərarası sözlə təsirin qüvvəsi, özünü idarəetmə zamanı sözün təsir gücü, eləcə də şəxsiyyət pozuntularının göstəriciləri barədə ətraflı məlumatlar verilib.

Təlimin sonunda nəzəri və praktiki biliklərin qiymətləndirilməsi məqsədilə interaktiv tapşırıqlar yerinə yetirilib, həmçinin iştirakçıların sualları cavablandırılıb.


SON XƏBƏRLƏR

17 May 2025