• Bakı 15° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Fransada xüsusi təyinatlılar tətilə başladı

CƏMİYYƏT

18 Aprel 2025 | 14:39

Fransada xüsusi təyinatlılar tətilə başladı

Fransa polisinin elit bölməsi, BRI xüsusi təyinatlı dəstələri tətilə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TF1” telekanalı məlumat yayıb.

Ölkə boyu təxminən 400 xüsusi təyinatlı tətilə qoşularaq iş vaxtından artıq işləməkdən imtina ediblər.

“Alliance police nationale” polis işçilərinin həmkarlar ittifaqının yaydığı bəyanatda onların işinin mürəkkəbliyinin və təhlükəli xarakterli olmasının tanınması və əlavə iş saatları üçün mükafatların artırılması tələbi irəli sürülüb.

BRI-nin regional əməkdaşlarına 400 avro mükafat təklif edilib, lakin onlar bu məbləğin 650 avroya qədər artırılmasını tələb edirlər.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025