• Bakı 16° C

    6.92 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Cərrahi əməliyyata gedən qazi niyə komaya düşüb? - AÇIQLAMA

CƏMİYYƏT

17 May 2025 | 18:34

Cərrahi əməliyyata gedən qazi niyə komaya düşüb? - AÇIQLAMA

Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov komaya düşüb. Ötən ay kista diaqnozu ilə Ucar Rayon Mərkəzinə Xəstəxanasına əməliyyat üçün müraciət edən Sübhanın həmin tarixdən komaya düşdüyü bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs  14.04.2025-ci il tarixdə pilondal kista diaqnozu ilə əməliyyat üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə müraciət edib. Pasiyent  müayinə olunub və onun əməliyyat və anestesiyası üçün əks göstəriş aşkarlanmayıb:

“Əməliyyat zamanı pasiyent ümumi endotraxeal narkoz altında intubasiya olunduqdan sonra tənəffüs göstəriciləri itib, nəbz qeydə alınmayıb. Bu səbəbdən dərhal reanimasiya tədbirlərinə başlanılıb.

Süni ventilyasiya və medikamentoz müalicə fonunda reanimasiya tədbirləri davam etdirilib və mərkəzi damarlar üzərində nəbz bərpa olunub, hemodinamik göstəricilər kardiomonitorda stabilləşib. Xəstənin vəziyyətinin ağır olması nəzərə alınaraq əməliyyatın icrası təxirə salınıb. 

Həyati vacib orqanların funksiyalarının bərpası və stabilləşməsinə yönələn tədbirlər həyata keçirilib. Bəbəklər normal genişlikdə, işığa qarşı reaksiyası saxlanılıb. Xəstənin kliniki ölüm keçirməsini nəzərə alaraq SVA saxlanılması və reanimasiya şöbəsinə köçürülməsi qərara alınıb.

Xəstə 17.04.2025-ci il tarixinədək Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alıb və həmin tarixdə xəstənin valideynlərinin təkidi və tələbi ilə pasiyent Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb”.


SON XƏBƏRLƏR