• Bakı 16° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

İDMAN

17 May 2025 | 15:36

Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

 Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “Şüa” İdman Kompleksində keçirilən turnirin son günündə şəxsi, qoşa və qarışıq-qoşa yarışında qaliblər müəyyənləşib.

Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa catıb.

Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.

Qarışıq qoşada isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına sahib çıxıb.

Xatırladaq ki, turnirin ilk günlərində keçirilən komandaların mübarizəsi kişilərdə “Bakı-1”in, qadınların yarışı isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnib. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom, medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.


SON XƏBƏRLƏR