• Bakı 8° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bərdədə xəsarət alan gənc xəstəxanada ölüb

HADİSƏ

17 May 2025 | 12:26 | Müəllif: Gülşən Şərif

Bərdədə xəsarət alan gənc xəstəxanada ölüb

Bərdədə traktorun qoşqusundan yıxılaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Bərdə rayon Yeni Daşkənd kənd sakini 2000-ci il təvəllüdlü Əlizadə Kənan Asif oğlu ot gətirməyə gedərkən traktorun qoşqusundan yıxılıb.

O, baş nahiyəsindən ağır xəsarətlə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq 25 yaşlı gənc altı gün sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR