• Bakı 21° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

HADİSƏ

16 Iyun 2025 | 12:19

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi 55 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb. 

Həmin binanın 8-ci mərtəbəsindəki mənzildə yaşayan 2021-ci il təvəllüdlü Ayşə Samir qızı Süleymanova evin eyvanından yerə yıxılıb. Azyaşlı hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonunda 8 yaşlı oğlan uşağı da 8-ci mərtəbədən yıxılaraq həyatını itirmişdi.


SON XƏBƏRLƏR