• Bakı 24° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Qaydaları pozan ikitəkərli sürücülər 17 qəzanın səbəbkarı olub 

HADİSƏ

16 Iyul 2025 | 10:31

Qaydaları pozan ikitəkərli sürücülər 17 qəzanın səbəbkarı olub 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped, skuter və velosiped idarə edən sürücülərə diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bildirilib ki, bu nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarını pozanlara tez-tez rast gəlinir. Belə ki, bəzi sürücülər svetoforun qırmızı işığında hərəkət edir, təhlükəli manevrlər edir, ara məsafəsini gözləmir, yol nişanlarına məhəl qoymur və qoruyucu dəbilqədən istifadə etmirlər. Bundan başqa, bu nəqliyyat vasitələrinin sürətlə idarə olunması da ciddi təhlükə yaradır.

Statistikaya əsasən, 2025-ci ilin ilk 6 ayında moped və motosiklet sürücülərinin təqsiri ilə ölkə üzrə 17 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər həlak olub, 16 nəfər xəsarət alıb. Paytaxt Bakıda isə qayda pozuntuları nəticəsində baş verən 7 qəzada 9 nəfər xəsarət alıb.

DİN qeyd edir ki, bəzi sürücülərin yol hərəkəti qaydalarını bilərəkdən pozması və məsuliyyətsiz davranışı faciələrlə nəticələnə bilər. Bu səbəbdən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi birgə tədbirlər çərçivəsində ikitəkərli nəqliyyat vasitəsi sürücüləri ilə maarifləndirici söhbətlər aparıb, onlara qaydalar izah olunub.


SON XƏBƏRLƏR