• Bakı 17° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

14 müəssisə “HALAL” sertifikatı almaq üçün müraciət edib

İQTİSADİYYAT

17 May 2025 | 12:18

14 müəssisə “HALAL” sertifikatı almaq üçün müraciət edib

Bu günə qədər Azərbaycanda 14 müəssisə “HALAL” sertifikatı almaq üçün müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) məlumat yayıb.

Bu günə qədər “OIC/SMIIC-1:2019 Halal qidaya dair ümumi tələblər” standartı üzrə 4 müəssisəyə 5 istiqamət üzrə AQTİ-nin “HALAL” sertifikatı təqdim olunub.

Ümumilikdə isə 14 müəssisə sertifikat almaq üçün müraciət edib.

Qeyd edək ki, “HALAL” sertifikatlaşma - qida məhsullarının islam qaydalarına uyğun istehsalını təsdiqləyən xidmət növüdür. Sertifikat əldə etmək istəyən müəssisələr bir-neçə mərhələdən keçməlidir. “HALAL” sertifikatlaşma prosesi 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanlarla quşların kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda emal olunmuş ət məhsullarını əhatə edir. Tələblərə cavab verən müəssisəyə etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.


SON XƏBƏRLƏR