• Bakı 16° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Lavrov və Rubio Ukrayna danışıqlarının nəticələrini müzakirə etdi

DÜNYA

17 May 2025 | 17:08

Lavrov və Rubio Ukrayna danışıqlarının nəticələrini müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Türkiyədə Rusiya-Ukrayna danışıqlarının nəticələrini müzakirə ediblər.

Marko Rubio ABŞ-nin Ukrayna münaqişəsinin həlli istiqamətində dəstəyini davam etdirəcəyini vurğulayıb.

O həmçinin tərəflərin hərbi məhbus mübadiləsi və atəşkəsə dair şərtlərin hazırlanması ilə bağlı razılaşmalarını alqışlayıb.

Sergey Lavrov Rusiyanın ABŞ ilə Ukrayna məsələsinin həlli üzrə işləməyə davam edəcəyini təsdiqləyib.

Tərəflər həmçinin Rusiya və ABŞ arasında əlaqələrin davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR