• Bakı 17° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Mirziyoyev Macarıstan və Sloveniyaya səfərlər edəcək

DÜNYA

17 May 2025 | 11:46

Mirziyoyev Macarıstan və Sloveniyaya səfərlər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 19-22 may tarixlərində Macarıstan və Sloveniyaya rəsmi səfərlər edəcək.

Bakıvaxtı.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Budapeştdə yüksək səviyyəli danışıqlar aparılacaq, rəsmi şəxslər və ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçiriləcək. Mirziyoyev mayın 21-də Macarıstanın paytaxtında keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak edəcək.

Mayın 22-də o, Lyublyana şəhərində Sloveniya Prezidenti Nataşa Pirts Musarla görüşəcək, bu ölkənin parlament və hökumət rəhbərliyi ilə danışıqlar aparacaq, birgə işgüzar tədbirlərdə iştirak edəcək.

Tərəflər qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın inkişafı, əczaçılıq, sənaye, qida və tekstil sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsi, əmək miqrasiyası sahəsində qarşılıqlı fəaliyyət və humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.


SON XƏBƏRLƏR

16 May 2025