Türkiyədə 10 vilayətdə 11 mütəşəkkil cinayət qrupuna qarşı keçirilən əməliyyatlarda 86 şübhəli həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Əməliyyatlar nəticəsində 48 sənədsiz silah, 30 sənədsiz ov tüfəngi, 3 gülləkeçirməz jilet, müxtəlif miqdarda narkotik maddə və 12 qumar maşını polis tərəfindən ələ keçirilib.