Sovet və rusiyalı rejissor, ssenarist və aktyor Vyaçeslav Boqaçov 77 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, aktyor uzun sürən xəstəlik fonunda inkişaf edən kəskin ürək çatışmazlığından dünyasını dəyişib.
Vyaçeslav Boqaçev onlarla layihədə, o cümlədən "Birinci dairə" və "Vassa" seriallarında, "Səni xatırlayıram" filmində və 1990-cı ildə Kann Film Festivalında bədii töhfəyə görə mükafat alan "Ana" filmində rol alıb.
O, rollardan birini canlandırdığı “Qaranlıq xiyabanlar” filminin rejissoru və ssenari müəllifi kimi də çıxış edib.
Mina Mikayılova