İsrailin müdafiə naziri İsrael Katz ordunun Suriya hökumət qüvvələrini hədəfə almağa davam edəcəyini deyib.
Bakıvaxtı.az “Times of Israel”ə istinadən xəbər verir ki, Katz Suriya hökumət qüvvələrini Suveyda şəhərini tərk etməyə çağırıb.
O, İsrailin Suriyadakı druzları tək qoymayacağını bildirib və bölgənin demilitarizasiyasını təmin edəcəyini bəyan edib.
Suriya mediası isə atəşkəs elan olunmasından sonra yenidən qarşıdurmaların başladağına dair məlumatlar yayıb.
Məlumata görə, hökumət qüvvələri və druzlar arasında Suriyanın cənubundakı Suveyda şəhərində toqquşmalar başlayıb.
Suriya Müdafiə Nazirliyi atəşkəsin druzlar tərəfindən pozulduğunu açıqlayıb.
Qeyd edək ki, son bir neçə gün ərzində Suriyanın Suveyda şəhərində druzlar və bədəvi qəbilələr arasında silahlı münaqişələr yaşanıb.
Suriya hökumət qüvvələrinin müdaxiləsindən sonra atəşkəs əldə edilmişdi.