İran Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayır və ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi ilə bağlı dəyişməz mövqeyini bəyan edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, İran hesab edir ki, üçüncü qüvvələrin regionun işlərinə müdaxiləsi davamlı təhlükəsizliyə töhfə verməyəcək.