• Bakı 18° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Ukraynaya görə mübahisə etdilər

DÜNYA

14 Sentyabr 2025 | 10:07

Ukraynaya görə mübahisə etdilər

Finlandiya Prezidenti Aleksandr Stubb Kiyevdə görüşü zamanı Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonla mübahisə edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, mübahisəyə səbəb Ukrayna üçün təhlükəsizlik təminatları olub.

Stubb Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasını xatırladıb, Conson bunu şəxsi təhqir kimi qəbul edib və Finlandiya liderini “könüllülər koalisiyasının” hərəkətsizliyinə görə qınayıb.

“Mən bunu sizin qarşınızda deməyə nifrət edirəm, lakin Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətlərindən biri Aİ-yə üzvlük olacaq”, - Stubb deyib.

“Bu, sizin də çox vaxtınızı apardı”, - deyə Conson ona cavab verib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025