• Bakı 15° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Rusiya Xarkovdakı xəstəxananı bombalayıb, yaralılar var

DÜNYA

14 Oktyabr 2025 | 08:58

Rusiya Xarkovdakı xəstəxananı bombalayıb, yaralılar var

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərindəki xəstəxanaya endirdiyi aviazərbələr nəticəsində azı 6 nəfər yaralanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yerli "Suspilne Kharkiv" qəzeti məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri şəhərə üç idarə olunan bomba atıb, onlardan biri tibb müəssisəsinin yaxınlığındakı yardımçı binaya düşüb.

Yüzdən çox xəstənin yerləşdiyi xəstəxananın pəncərələri və qapıları uçub, ən azı altı nəfər qəlpələrdən yaralanıb.

"Birmərtəbəli qaraj qismən dağılıb, üçmərtəbəli tibb müəssisəsinə və avtomobillərə ziyan dəyib. İki yanğın hadisəsi baş verib", - Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında deyilir.


SON XƏBƏRLƏR

15 Noyabr 2025