• Bakı 13° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Türkiyə ilə iki əsas məsələni müzakirə etdik - Umerov

DÜNYA

12 Noyabr 2025 | 23:24

Türkiyə ilə iki əsas məsələni müzakirə etdik - Umerov

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Türkiyə rəsmiləri ilə əsirlərin mübadiləsi və müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün görüşlər keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Umerov Teleqram hesabında məlumat verib.

“Bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla görüşlərimiz olub”, - Umerov bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı iki əsas istiqamət müzakirə olunub - əsirlərin mübadiləsi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq.


SON XƏBƏRLƏR

12 Noyabr 2025