Rusiya müharibənin 1388-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 669 təyyarəsi, 283 helikopteri, 102 178 PUA-sı, 639 zenit-raket kompleksi, 26 506 tank və digər zirehli texnikası, 1 630 reaktiv yaylım atəş sistemi, 31 857 artilleriya və minaatanı, 48 863 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bakı 



