Ermənistanda hər ötən gün insanların sosial rifahı ağırlaşır. Bu əhali kəndlərdən paytaxt İrəvana üz tutur. Məsələn Karmraşen kəndi günü-gündən boşalır. Məhz bu demoqrafik tənəzzül fonunda kənd məktəbinin bağlanması barədə qərar qəbul edilib.
Bakıvaxtı.az fransızdilli erməni saytı “armenews.com”a istinadən xəbər verir ki, "Bizim yol" hərəkatının gənclər mərkəzinin koordinatoru Narek Sukiasyan bu barədə “Facebook” səhifəsində yazıb: "Şəkildə gündən-günə boşalmaqda olan Vayots Dzor bölgəsindəki Karmraşen kəndi əks olunub. Məhz demoqrafik tənəzzül fonunda kənddəki yeganə, eləcə də illərlə nəsillərə təhsil verən məktəbin bağlanmasına artıq qərar verilib. Hazırkı məlumatlara görə, 2013-cü illə müqayisədə oradakı şagirdlərin sayı 92% azalaraq 12 ildə 28-dən cəmi 2-yə düşüb. Qeyd edək ki, bu kəskin azalma 2018-ci ildən başlayıb. 2013-cü ildən 2018-ci ilə kimi şagirdlərin sayı 35% azalaraq, 28-dən 18-ə, 2018-2015-ci illərdə isə 88% azalaraq 18-dən 2-yə düşüb. Bu gün biri “C”-1, digəri 3-cü sinifdə olmaqla cəmi iki şagird qalıb”.
N. Sukiasyanın yazdığına görə, kənd camaatı ilə söhbət etdikdə məlum olur ki, onların getmələrinin əsas, hətta tək səbəbi işsizlikdir:
“Gənclər daha yaxşı, firavan həyat dalınca şəhərə üz tuturlar, kənd həyatı günü-gündən ölür. Həmin məktəbdəki iki şagird görünür, qonşu Herher kəndinə getmək və təhsillərini davam etdirmək üçün gündə 200 dram xərcləməli olacaqlar. Onların təhsili risk altındadır. Bununla belə, Herher təxminən 8 km məsafədədir və qışda yollar çox vaxt keçilməz olur. Bu şərtlər altında uşaqlar sadəcə olaraq qanunla təmin olunmuş təhsil hüququndan məhrum olacaqlar. O zaman belə bir sual yaranır: məktəbi bağlamaqla, kəndin son ümidini məhv etməkdənsə, kənddə zavodlar tikmək, iş yerləri yaratmaq, sakinlərə qalıb onun inkişafına töhfə vermək imkanı vermək daha məntiqli olmazdımı?!”.
Aydın Baxış
Bakı 



