Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinin Kupyansk şəhərindən videomüraciət yayımlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə teleqram kanalında paylaşım edərək, sözügedən istiqamətdə mövqelərinin möhkəm şəkildə qorunduğunu bildirib.
“Bu gün Kupyansk istiqamətində, Ukrayna üçün bütün tapşırıqları yerinə yetirən əsgərlərimizin yanındayam. Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır. Bölmələrimizi ziyarət edib onları təbrik etdim. Burada döyüşən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski söyləyib.
Xatırladaq ki, ötən ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov son iclasda Prezident Vladimir Putinə şəhərin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə etmişdi.
Zelenskinin sözügedən paylaşımı isə bu iddiaları təkzib edib. Rusiya mediasında isə Ukrayna liderininin həmin videosunun daha əvvəl çəkildiyi iddia olunub.
Bakı 



