• Bakı 19° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Çindən Trampın qərarına TƏPKİ: Sona qədər mübarizə...

DÜNYA

14 Oktyabr 2025 | 08:47

Çindən Trampın qərarına TƏPKİ: Sona qədər mübarizə...

ABŞ-Çin gərginliyi davam edir. Pekin ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən mallara yeni rüsumlar tətbiq edəcəyini açıqlamasına reaksiya verib.

Bakıvaxtı.az "leFigaro.fr"ə istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsü açıqlamasında bildirib:

“Lazım gələrsə,  sona qədər mübarizə aparmağa hazırıq. Əgər siz mübarizə aparmaq istəyirsinizsə, sona qədər mübarizə aparacağıq. Əgər danışıqlar aparmaq istəyirsinizsə, qapımız açıqdır".

Qeyd edək ki, Amerika prezidenti Donald Trump, Pekinin nadir torpaq texnologiyalarının ixracını daha da tənzimləmək qərarından sonra noyabrın 1-dən gec olmayaraq Çinə qarşı əlavə 100% tarifləri elan edib. Bu faiz keçən may ayından bəri bütün Çin məhsullarına tətbiq edilən 30%-ə, həmçinin polad və alüminium, mis, əczaçılıq və mebel kimi bəzi spesifik sektorlara tətbiq edilən tariflərə əlavə olaraq tətbiq edilir. Bu, sektordan asılı olaraq bəzi tarifləri 150%-ə, hətta 200%-ə çatdıra bilər.

Respublikaçı milyarder, dünyanın ikinci ən böyük dövlətinin qəbul etdiyi qeyri-adi aqressiv ticarət mövqeyinə cavab verdiyini izah edərək, eyni tarixdə bütün strateji proqram təminatının Çinə ixracına məhdudiyyətlərin tətbiq ediləcəyini də qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

13 Oktyabr 2025