Misirin xarici işlər naziri Bədr Abdelati deyib ki, Trampın Yaxın Şərqdə sülhə dair baxışının uğuru onun prosesə sadiqliyindən asılı olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Abdelatinin sözlərinə görə, müharibə edən tərəflərə təzyiq göstərmək üçün sülhməramlı qoşunların bölgəyə cəlb edilməsi vacibdir.
"Bu qüvvələrin missiyasını, məqsədlərini və mandatını müəyyən etmək üçün Amerikanın iştirakına, hətta yerdə yerləşdirilməsinə ehtiyacımız var", - Abdelati deyib.