• Bakı 18° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Ukrayna ilə bağlı gözlənilməz açıqlama: Təsiri olmayacaq...

DÜNYA

14 Sentyabr 2025 | 09:37

Ukrayna ilə bağlı gözlənilməz açıqlama: Təsiri olmayacaq...

Ukraynaya verilə biləcək istənilən təhlükəsizlik təminatlarının təsirli olacağına inanmıram.

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Onun fikrincə, daha konkret təminatlar təqdim olunsa belə, onlar effektiv olmayacaq.

Sikorski qeyd edib ki, hazırda müzakirə olunan təminatların məqsədi Moskvanı yeni təcavüzdən çəkindirməkdir:

“Guya ki, əgər siz təminat verilmiş tərəfə hücum etsəniz, biz onun müdafiəsinə qalxaraq müharibəyə başlayacağıq. Yəni əgər biz Ukraynaya təhlükəsizlik təminatları veririksə, bu o deməkdir ki, biz Rusiya ilə müharibəyə başlaya bilərik. Mən isə bunun inandırıcı olduğunu, buna etimadın olduğunu düşünmürəm. Kim Rusiya ilə müharibə etmək istəyirsə, buna elə indi də başlaya bilər. Amma mən elə də həvəsli görmürəm. Beynəlxalq münasibətlərdə isə etimad doğurmayan təminatlar verməkdən daha pis heç nə yoxdur”./axar.az


SON XƏBƏRLƏR

13 Sentyabr 2025