• Bakı 26° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Alyaska zirvəsi: Sülh üçün real imkan, yoxsa siyasi göstəriş?

DÜNYA

15 Avqust 2025 | 11:09

Alyaska zirvəsi: Sülh üçün real imkan, yoxsa siyasi göstəriş?

Alyaskada keçiriləcək Tramp-Putin görüşü, Ukrayna müharibəsinin gedişatına təsir edə biləcək mühüm diplomatik hadisələrdən biri kimi qiymətləndirilir.

Yalnız ABŞ və Rusiya liderlərinin iştirak etdiyi bu format və seçilən məkan Moskvanın həm təhlükəsizlik, həm də simvolik üstünlük əldə etmək istədiyini göstərir. Alyaska, Avropa və Ukraynadan uzaqlığı ilə Kremlin Kiyevi və Avropa İrrifaqını prosesdən kənarda saxlama məqsədinə uyğun gəlir.

Putin üçün görüşün əsas məqsədi beynəlxalq izolyasiyanın uğursuzluğunu nümayiş etdirmək və işğal etdiyi ərazilərin faktiki tanınmasını təmin etməkdir. Bununla yanaşı, sanksiyaların yumşaldılması da Kreml üçün ön planda dayanır.

Tramp isə konkret sülh sazişi olmasa belə, “danışıqlar yolunu açan lider” imicini gücləndirmək, həm daxildə, həm də xaricdə vasitəçi statusunu möhkəmləndirmək istəyir. Lakin “torpaq razılaşması” kimi təkliflər Ukrayna və Avropa tərəfindən qəbuledilməzdir.

Görüşün uğurunun qarşısında duran əsas məhdudiyyət Kiyevin iştirak etmədiyi bir razılaşmanın legitimlik və icra baxımından zəif olmasıdır. Bu səbəbdən Alyaska zirvəsinin daha çox tərəflərin mövqelərini yoxladığı, lakin hələ real sülh üçün kifayətli zəmin yaratmadığı bir mərhələ kimi yadda qalması ehtimalı böyükdür.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR

14 Avqust 2025