Türkiyədə narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirilib.
Bakıvaxtı.az-ın yerli mətbuata istinadla məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata görə, əməliyyat həftə ərzində 73 vilayətdə keçirilib. Aparılan əməliyyatlarda 1695 şübhəli həbs edilib.
Əməliyyatlarda 479 kiloqram narkotik və 783 min 80 narkotik həb ələ keçirilib.
Murad Məmmədli