• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Etirazlardan sonra parlamenti BURAXDI

DÜNYA

14 Sentyabr 2025 | 01:04

Etirazlardan sonra parlamenti BURAXDI

Nepal Prezidenti Ram Çandra Paudel ölkənin Nümayəndələr Palatasını yeni Baş nazir Suşila Karkinin təklifi əsasında buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident administrasiyası rəsmi bəyanat yayıb.

“Nepal Prezidenti Ram Çandra Paudel yeni təyin olunmuş Baş nazir Suşila Karkinin təklifi ilə Nümayəndələr Palatasını buraxıb. Baş nazir Karki andiçmə mərasimindən dərhal sonra, cümə axşamı parlamentin buraxılması barədə təklif irəli sürüb”, – deyə “Setopati” nəşri məlumat yayıb.

Qeyd edək ki, Nepal tarixində ilk dəfə qadın – keçmiş ali məhkəmə sədri Suşila Karki müvəqqəti hökumətin başçısı təyin olunub. Onun hakimiyyətə gəlişi ölkədə 4 sentyabrdan etibarən sosial şəbəkələrin və mesencerlərin qeydiyyat tələbi ilə bloklanmasından sonra başlanan kütləvi etirazların fonunda baş verib.

Xatırladaq ki, iğtişaşlar nəticəsində yüzlərlə insan xəsarət alıb, ölənlər olub, bir sıra hökumət rəsmiləri isə təxliyə edilib. Hadisələr fonunda əvvəlki baş nazir Şarma Oli vəzifəsindən uzaqlaşdırılıb.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025