Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, sənəd Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən Yaxın Şərq Sülh Sammiti çərçivəsində imzalanıb.
ABŞ Prezidenti qeyd edib ki, Qəzza ilə bağlı əldə olunan razılaşmaya 35 ölkə dəstək verib:
“Kimsə Yaxın Şərqdə sülhün mümkün olacağına inanmırdı, amma biz bunu təmin etdik”.