"Rusiya və Ukrayna arasında sülh danışıqları bu il əhəmiyyətli irəliləyiş olmadan başa çatdığı üçün onların dayandırılması qərara alınıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa "The Times" qəzetinə bildirib.
Onun sözlərinə görə, Kiyev 2025-ci ilin yayından bəri Ukrayna çalışır ki, beynəlxalq tərəfdaşları Putinə Prezident Zelenski ilə şəxsi görüşə razılıq verməsi üçün təzyiqi artırsınlar.
Kislitsa İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar prosesinə toxunaraq bildirib: "Diktatura dövründə diktatoru təmsil edən danışıqlar qrupları ilə səmərəli müzakirələr aparmaq mümkün deyil. Onların çox sərt mandatı var və onlar tapşırılan mövqeyi müdafiə etməlidirlər".
Bakı 



