• Bakı 10° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

ABŞ-da edam sayı son 15 ilin ən yüksək həddini keçdi

DÜNYA

12 Dekabr 2025 | 18:33

ABŞ-da edam sayı son 15 ilin ən yüksək həddini keçdi

64 yaşlı Harold Nikols bu il ABŞ-da edam edilən 46-cı məhbus olub. Beləliklə, bu il ölkədə edamların sayı son 15 ilin ən yüksək səviyyəsinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Ölüm Cəzası Məlumat Mərkəzi məlumat yayıb.

Məlumata görə, ABŞ-da bu qədər insan sonuncu dəfə 2010-cu ildə edam edilib.

Qeyd edək ki, ABŞ-da ölüm hökmünün icrası 2021-ci ildə sabiq prezident Co Baydenin tətbiq etdiyi moratorium çərçivəsində dayandırılmışdı. Bu ilin yanvar ayında hakimiyyətə qayıdan Donald Tramp moratoriumu ləğv edib./Axar.az


SON XƏBƏRLƏR