Rusiya xarici işlər nazirinin müavini və BRİCS nümayəndəsi Sergey Ryabkov 11-12 dekabr tarixlərində Braziliyada keçirilən BRİCS iclasında iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya diplomatik nümayəndəliyinin məlumatına görə, görüşdə ilin yekunları nəzərdən keçirilib və əməkdaşlığın əsas sahələrində irəliləyişlər qeyd edilib.
Bəyanatda deyilir: "İl ərzində siyasi, iqtisadi və humanitar sahələrdə 260-dan çox tədbir, o cümlədən BRİCS sammiti və təxminən 20 nazirlər səviyyəsində görüş keçirilib. Braziliyanın sədrliyinin BRİCS strateji tərəfdaşlığının davamlılığının təmin edilməsinə verdiyi töhfə və assosiasiyanın əsas iş sahələrində - siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələrdə əldə edilən irəliləyişlər qeyd edilib".
Bakı 



