• Bakı 15° C

    13.31 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Serbiyada neft qıtlığı və enerji böhranı olmayacaq - Vuçiç

DÜNYA

13 Oktyabr 2025 | 21:11

Serbiyada neft qıtlığı və enerji böhranı olmayacaq - Vuçiç

Serbiyada neft qıtlığı və böyük enerji böhranı olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Serbiya Prezidenti “Gazprom Neft” şirkətinin İdarə Heyətinin sədri Aleksandr Dyukov və Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin ilə müzakirələr apardığını bildirib. O, vətəndaşları sakit olmağa çağırıb: “Rusiya nümayəndə heyəti ilə NIS məsələsinə dair mühüm danışıqları başa çatdırdıq. Serbiyada böyük enerji böhranı, neft və neft məhsulları qıtlığı olmayacaq. Serbiyanın ən yaxşı strateji və taktiki maraqlarına uyğun olaraq hər şeyi edəcəyik”.

Qeyd edək ki, oktyabrın 9-da ABŞ-ın Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq olunan məhdudiyyətlərin bir hissəsi kimi atılıb. Serbiya hökuməti 2008-ci ildə NIS-in səhmlərinin bir hissəsini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.


SON XƏBƏRLƏR