• Bakı 23° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Paşinyan: "İlham Əliyevlə münasibətləri dəyişmək istəyirik" - VİDEO

DÜNYA

14 Avqust 2025 | 22:03

Paşinyan: İlham Əliyevlə münasibətləri dəyişmək istəyirik - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan “Fox News”a müsahibə verib. 

Bakıvaxtı.az xəbər verir ki, Paşinyanın sözlərinə, bir gündə, hətta bir həftə, ay və ya ildə bütün vəziyyəti dəyişmək mümkün deyil.

“Lakin çox vacib və aydın bir fakt var, dünənki bəyanat da bunu göstərir: biz hər ikimiz – yəni Prezident İlham Əliyev və mən bu vəziyyəti dəyişmək istəyirik. Ölkələrimiz arasındakı münasibətlərin məzmununu dəyişmək niyyətindəyik”, – deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, ilkin sülh sazişi ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qurulmasını nəzərdə tutur:

“Bu, orta və uzunmüddətli məqsəddir və biz onun reallaşmasına fokuslanacağıq”.

 

 


SON XƏBƏRLƏR

14 Avqust 2025